Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reytinq mübarizəsində kim uduzur: Qarabağ haqqında film gözləyənlər, yoxsa dram çəkən TV-lər? 

“Keyfiyyətli serialların çəkilməsi üçün yüksək maliyyə lazımdır. Azərbaycanın reklam bazarı da buna imkan vermir”.

Bunu Oxu.Az-a serial və filmlərin keyfiyyəti, janrları ilə bağlı müsahibəsində rejissor Rövşən İsax deyib.

Müsahibəni təqdim edirik:

- Müşahidələrdən aydın olur ki, televiziyalarda komediyalara daha çox üstünlük verilir. Buna səbəb kimi də komediyaların izləyicilərinin daha çox olduğu bildirilir. Buna səbəb nədir?

- Bu fikirlə razı deyiləm. Filmlərə nəzər yetirsək, görərik ki, içərisində komediyadan çox, dram var. Bir-iki komediya janrında olan seriallar olar, ya olmaz. Bunu dəqiq deyə bilmərəm. Lakin televiziya kanallarında təqdim olunan serialların əksəriyyəti dram janrında çəkilənlərdir.

- Bəzən film və serialların çəkilməsi üçün sponsorların tapılmadığını deyirlər. Sizcə, bu fikir nə dərəcədə doğrudur?

- Hazırda, demək olar ki, filmlər çəkilmir. Özəl sektorda çəkilənlər nəzərdə tutulursa, bir tək onu deyə bilərəm ki, mən onları film hesab etmirəm. Özəl sektorda çəkilən filmlər haqqında danışmaq istəmirəm. O ki qaldı seriallarla bağlı mövzulara, bu, bazarın tələb etdiyidir. Serial reytinq üzərində gedən mübarizədir. Bunun komediyası da, dramı da var. Baxır ki, kim hansına müraciət edir, hansını çəkir.

- Ümumiyyətlə, keyfiyyətli serial ərsəyə gətirmək üçün nələr olmalıdır?

- Keyfiyyətli serialların çəkilməsi üçün yüksək maliyyə lazımdır. Azərbaycanın reklam bazarı da buna imkan vermir. Keyfiyyətli serial deyəndə, bəzən Türkiyədə istehsal olunan nəzərdə tutulur. Türkiyənin belə serial çəkməsi üçün ayrılan büdcəsi Azərbaycanla müqayisəedilməz dərəcədə fərqlidir.

Azərbaycanda filmlər, seriallar məhdud imkanlar çərçivəsində çəkilir. Əgər xaricə göndəriləcək səviyyədə seriallar çəkilirsə, onun illik büdcəsi bir neçə milyon olmalıdır. Bu da mümkün deyil.

- Rövşən bəy, sizcə, tamaşaçı nə görmək istəyir?

- Tamaşaçının nə görmək istədiyini deyə bilmərəm. Tamaşaçı inandığı bir şeyi görmək istəyir. Lakin hansı janrda, mövzuda serialın çəkilməsini istəməsi müşkül məsələdir. Onu deyə bilmərəm. Bunu respondentlər deyə bilərlər. Soruşsanız ki, nə görmək istəyirsiniz, cavab Qarabağ mövzusu olar. Hər kəs Qarabağ mövzusunda filmi arzulayacaq. Həddindən artıq yüksək büdcələr tələb olunur.

Tamaşaçını cəlb etmək üçün hansı mövzuda filmləri çəkməli olduğunu mən deyə bilmərəm. Onu bilsəm, mövzu axtarışında olmaram. O zaman hər kəs tamaşaçının istədiyini seçər. Mücərrəddir. Tamaşaçının nə istədiyini bilmək olmaz.

- Azərbaycanın kino sahəsində dünyaya inteqrasiya olunmamasının səbəbi nədir?

- Kino büdcə tələb edir. Xaricilərlə birgə film çəkmək çox əziyyətlidir. Filmə dəvət edəcəyin aktyorun bir bədii film çəkilişi üçün tələb etdiyi qonorar Azərbaycanda istehsal olunan bir filmin ümumi büdcəsini təşkil edir. Hələ ki, mümkünsüz məsələdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

İsrail MN-dən İran və "Hizbullah"a xəbərdarlıq: "Əvvəllər görünməmiş zərbə endirəcəyik"

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay